AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Anar Kərimov İordaniya səfiri ilə görüşüb

Anar Kərimov İordaniya səfiri ilə görüşüb

Mədəniyyət
12 Mart 2021, 13:45 1114
Mədəniyyət naziri Anar Kərimov İordaniya Haşimilər Krallığının fövqəladə və səlahiyyətli səfiri Sami Abdullah Ğoşeh ilə görüşüb.
 
Mədəniyyət Nazirliyindən APA-ya verilən məlumata görə, A.Kərimov Azərbaycanla İordaniya arasında ikitərəfli əlaqələrin bir çox sahələrdə uğurlu inkişafını qeyd edərək ölkələrimiz arasındakı dostluq münasibətlərinin mədəniyyət sahəsində də əməkdaşlığın genişləndirilməsinə təsir etdiyini bildirib.
 
İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatının (İCESCO) Baş direktoru Salim bin Məhəmməd əl-Malikin başçılıq etdiyi nümayəndə heyətinin yanvarın 12-də Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə ziyarətindən söz açan nazir nümayəndə heyətinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal zamanı Azərbaycanın tarixi-mədəni və dini irsinin necə məhv edildiyinin şahidi olduğunu diqqətə çatdırıb.

İordaniya səfiri iki ölkə arasında mövcud olan mədəni əlaqələri yüksək qiymətləndirərək əməkdaşlığın daha da inkişaf edəcəyinə inamını ifadə edib.
Görüşdə iki ölkə arasında qarşılıqlı mədəniyyət günlərinin və birgə sərgilərin təşkili, əməkdaşlığın gələcək perspektivləri, təcrübə mübadiləsi, həmçinin həyata keçiriləcək birgə layihələr ətrafında müzakirələr aparılıb.