• çərşənbə axşamı, 19 mart, 15:34
  • Baku Bakı 8°C

Almaniya jurnalı Azərbaycandakı alman irsi haqqında yazır

19.01.20 15:40 764
Almaniya jurnalı Azərbaycandakı alman irsi haqqında yazır
Almaniyanın "Mortimer Reisemagazin” jurnalında dərc edilən "Helenendorf – Azərbaycandakı alman irsi” adlı məqalədə 200 il öncə Azərbaycanda məskunlaşmış alman ailələrinin irsi haqqında məlumat verilir.
Məqalədə XIX əsrin əvvəllərində almanların Azərbaycanda öz kaloniyalarını salmağa başladıqları və burada salınan ilk kaloniyanın Helenendorf (indiki Göygöl) adlandırıldığı bildirilir. Qısa müddətdən sonra bugünkü Şəmkirin yerində Annenfeld kaloniyasının qurulduğu diqqətə çatdırılır. Alman ailələrinin Azərbaycanda ümumilikdə səkkiz kaloniya (Helenendorf, Annensfeld, Qeorqfeld, Alekseyevka, Qrünfeld, Ayxenfeld, Traubenfeld və Yelizavetinka) saldıqları qeyd olunur. 2019-cu ildə Azərbaycanda alman məskənlərinin salınmasının təntənəli şəkildə qeyd edildiyi, Göygöl və Şəmkir rayonlarında bu münasibətlə tədbirlərin təşkil olunduğu vurğulanır. Almanların özlərindən sonra qoyduqları irsin hələ də qorunduğu, xüsusilə şərabçılıq və şərab məhsullarının saxlanıldığı zirzəmilər sahəsində almanların böyük ad-san qazandıqları nəzərə çatdırılır. Göygöldə belə zirzəmilərin hələ də mövcud olduğu və şərabçılıq tarixi ilə maraqlananların onları görə bildikləri qeyd edilir. Göygöldə gəzərkən buradakı bəzi küçələrin adlarının hələ də alman adları olaraq qalmasının diqqəti cəlb etdiyi, rayonun mərkəzində Müqəddəs Yohannes kilsəsinin olduğu bildirilir. Şəmkirdə isə alman irsinin Alman İrsi Mərkəzində qorunub saxlanıldığı diqqətə çatdırılır.
Məqalədə almanların yerli sənayenin inkişafına da töhfə verdikləri, XIX əsrdə Siemens qardaşlarının indiki Gədəbəy rayonunun ərazisində mis zavodu inşa etdirdikləri, Azərbaycanın dağ-mədən sənayesinin təməlini qoyduqları vurğulanır. Azərbaycanın qərb bölgəsindəki daş körpülərin bu irsin bariz nümunəsi olduğu nəzərə çatdırılır.

banner

Oxşar Xəbərlər