Alman polisi Müsavat AKM üzvlәrini istintaqa çağırır
16.12.19 16:14
1174
Yafəz Əkrəmoğlu: "Müsavat
AKM tәhlükәli cinayәtlәrin vә cinayәtkarların yuvası hesab olunur”
Almaniya polisinin ötən ay Avropada
Müsavat Partiyası üzvlərini həbs etməsindən sonra sözügedən təşkilatda ciddi
təlatümlər yaşanır. İctimaiyyət nümayəndələrindən daha çox müsavatçıların
özləri partiya rəhbərliyini saxtakarlıqda, yarıtmaz siyasət aparmaqda
günahlandırırlar. Hazırda Avropada yaşayan jurnalist, müsavatçı Yafəz Əkrəmoğlu
(Həsənov) da belə müxalifətçilərdən biridir. O, "Facebook”dakı şəxsi profilində
davamlı şəkildə statuslar yazaraq, Müsavat Partiyası rəhbərliyi ünvanına kəskin
ittihamlar irəli sürür, "mühacir biznesi” ilə əlaqədar bəzi faktları
ictimailəşdirir, bunun ətrafında müzakirələr aparır.
Y.Əkrəmoğlu dekabrın 15-də
yazdığı növbəti statusda bildirib ki, Müsavat AKM-in bütün üzvlәrinin
Almaniyada istintaqa çağırılmasına başlanıb. O, bunu gözlәnilәn hadisə kimi
qələmə verib. Qeyd edib ki, miqrasiya idarәlәri vә mәhkәmәdә olan Müsavat vә
Müsavat AKM üzvlәrinin işlәrinә baxış da sürәtlәndirilib: "Hamısına ucdantutma
dәrhal neqativ cavab vermәk, ardınca deport etmәk üçün. Bәzәn olub ki,
mәhkәmәdә işinә baxılan şәxsi arayışları kimdәn, neçәyә almasını boynuna alması
üçün tәhdid edirlәr (tәhdid yolverilmәzdir). Proses Avropanın bütün ölkәlәrinә
yayılacaq. Müsavat AKM tәhlükәli cinayәtlәrin vә cinayәtkarların yuvası hesab
olunur, buna görә dә bütün üzvlәri bu işlәrdә şübhәli sayılır. Müsavat vә AKM
üzvlәrinin "qara siyahı"sı tәrtib olunur, aidiyyatı olan bütün
idarәlәrә göndәrilir. Üzlәrinә deyilmәsә dә, bütün idarәlәrdә onlarla buna görә
davranacaqlar”.
Mühacir jurnalist tezliklә
deport olunma tәhlükәsi altında olan Müsavat vә AKM üzvlәri üçün çıxış yolunu
da göstərib: "Әgәr kimsә aldadıldığını, insan alveri qurbanı olduğunu istintaqa
etiraf edәrsә, avtomatik cinyәt işindә zәrәrçәkәn kimi qeydә alınacaq. Cinayәt
işi başa çatana kimi (bu әn az 2-3 il sürәcәk) bu adamı deport etmәyәcәklәr. Çünki,
mәhkәmәdә zәrәrçәkәn kimi ifadә vermәlidir. İş bitdikdәn sonra isә hәmin şәxsin
humanitar oturum alması şansı yüksәlir. Zәrәrçәkәn kimdi?: İnsan averi
qurbanları. Pul qarşılığında aldadılaraq Avropaya gәtirilәn, viza, arayış vә
başqa sәnәdlәrlә tәmin olunan şәxslәr. Nә etmәk lazımdır? Sizi çağırmadan
özünüz polisә müraciәt edin. Avropada yaxşı hәyat vәd edәrәk, sizi aldadaraq
ev-eşiyinizi satdırıb, yaxud әlinizdәki bütün pulları mәnimsәyib bura gәtirәn
şәxslәrin adını deyin. AKM, Müsavat arayışların kimdәn, neçәyә aldığınızı
etiraf edin. Bunları etsәniz, avtomatik zәrәrçәkәn kimi qeydә alınacaqsız. Ola
bilәr ki, Avropaya özünüz gәlmisiz vә burada AKM-dәn olan, yaxud başqa insan
alverçilәrinin toruna düşmüsüz. Heç fәrq
etmir. Zәrәrçәkәnsiz yenә dә. Qorxmayın! Unutmayın
ki, aldadılaraq insan alverçilәrinin qurbanı olduğunuza görә heç bir mәsuliyyәt
daşımırsınız. Arayış vә sәnәdlәri bilәrәkdәn rüşvәt verib alsanız belә. Çünki,
siz aldadılaraq buna mәcbur edilmisiniz”.
Y.Əkrəmoğlunun paylaşdığı
status geniş müzakirələrə yol açıb. Müsavat başqanı Arif Hacılının müavinləri
Səxavət Soltanlı və Fərəc Kərimli "feyk” profillərlə mühacir jurnalistin
statusunun rəy bölməsində təkzibedici fikir bildiriblər. Onların bu davranışı
Avropada yaşayan mühacirlər tərəfindən narazılıqla qarşılanıb və Müsavat
Partiyası ünvanına ittihamları bir qədər də artırıb. Hətta başqan müavinlərinin
ünvanına "çayxana siyasətçiləri”, real profil ilə münasibət bildirməkdən
yayınan qorxaqlar və sair bu kimi təhqirlər səsləndiriblər. Misal üçün, Leyla
Məmmədzadə adlı istifadəçi bildirib ki, hələ bir neçə il bundan öncə qeyd
edilənlər haqqında oxuyub, məlumatlı olub. Onun sözlərinə görə, vaxtilə
hökumətdə olmuş bir vəzifə adamının iki oğlu xaricdə məhz "mühacir alveri” ilə
məşğul olub: "Almaniyada olanlar buradan gedənləri qarşılayır, pasportlarını
əllərindən alır, nə danışacaqlarını və digər yolları başa salırdılar.
Danışanlar qorxularından əsas adamları deyil, qabaqcadan öyrədilərək yenə də
kimləri isə günahsız şəxsləri şərləməklə əsl günahkarları məsuliyyətə cəlb
olunmaqdan qurtarırlar”.
A.Hacılı tərəfdarı Malik
ZeynalY.Əkrəmoğlunun yazdıqlarının yalan olduğunu qeyd edib. Onun
iddiasına görə, Yafəz, Əlikram Hümbətovun qarşısında götürdüyü öhdəliyi yerinə
yetirə bilmir deyə, belə statuslar paylaşır: "Çünki yalan məlumatları tamamən
ifşa olunub. İndi də qalıb ki, nə fırıldaq etsin. Yaxın zamanlarda Yafəzin özünü
deport edəcəklər”.
Buna cavab olaraq
Y.Əkrəmoğlu bildirib ki, A.Hacılının müavinləri S.Soltanlı vә F.Kәrimli saxta
profillәri Məhəmməd Əmin Rәsulzadә şәkillәri ilə bəzəyir, bu şəkillər altında
gizlənirlər: "Diqqәtli olun. Bu Malik Zeynal adlı profil dә onlardan biridir.
Mühacir alverlәrini öldürmüşәm. Bazarı diriltmәk üçün min oyundan çıxırlar”.
Kamil Bayramov isə yazıb
ki, əksinə, zərərçəkənlər polisə müraciətlə özlərini çətin duruma sala bilərlər:
"Əgər kimsə saxta sənədi miqrasiya idarəsinə təqdim edirsə, orada təqdim olunan
sənədlərin düzgün olması haqqında sənəd imzalayır”.
Xatırladaq ki, Almaniyanın
hüquq-mühafizə orqanları ötən ay Azərbaycanın müxalifət partiyasının keçmiş
üzvlərini saxlayıb. Həbs edilənlər Almaniyada "miqrant alveri” ilə məşğul
olmaqda, o cümlədən 3-10 min avro arası ödəmə qarşılığında ən azı 20 nəfəri
qaçaq yollarla Almaniyaya aparmaqda şübhəli biliniblər.