• çərşənbə axşamı, 19 mart, 13:20
  • Baku Bakı 8°C

Aleksandr Lukaşenko yenidən Belarusun Prezidenti seçilib

09.08.20 21:47 826
Aleksandr Lukaşenko yenidən Belarusun Prezidenti seçilib
Belarusda keçirilən prezident seçkiləri ilə bağlı "exit-poll”un nəticələri açıqlanıb.
AZƏRTACxəbər verir ki, yerli təşkilatların apardığı "exit-poll”un nəticələrinə görə, Aleksandr Lukaşenko 79,7 faizlə yenidən Belarusun Prezidenti seçilib. "Exit-poll” Belarusun bütün 320 seçki məntəqəsində aparılıb.
Sorğuda 12340 seçici iştirak edib. İkinci yerdə 6,8 faizlə Svetlana Tixanovskaya qərarlaşıb.
Qeyd edək ki, yerli vaxtla səhər 08:00-da açılan seçki məntəqələrində səs vermək üçün seçici siyahısına 6 milyon 844 min 932 nəfər daxil edilib. Ən çox seçici Minsk şəhərində (1 milyon 241 min 21 nəfər), ən az seçici isə Qrodnensk vilayətində (751 min 84 nəfər) qeydə alınıb.
Belarus Mərkəzi Seçki Komissiyası hazırkı Prezident Aleksandr Lukaşenkonun, sabiq deputat Anna Kanopatskayanın, "Belarus Sosial-Demokratik Qramada” Partiyasının sədri Sergey Çereçnyanın, "Düzünü danış” Birliyinin həmsədri Andrey Dimitriyevin və tutulan bloger Sergey Tixanovskinin həyat yoldaşı Svetlana Tixanovskayanın ali dövlət postuna namizədliyini qeydə alıb.
Səsvermə prosesini 248 beynəlxalq və 50 minə yaxın yerli müşahidəçi izləyib. Xarici müşahidəçilər arasında Azərbaycan Milli Məclisinin deputatları da var.
banner

Oxşar Xəbərlər