• cümə, 19 Aprel, 03:40
  • Baku Bakı 18°C

ABŞ-ın xam neft ehtiyatları azalır

17.07.19 18:00 20986
ABŞ-ın xam neft ehtiyatları azalır
Ötən həftə Birləşmiş Ştatların neft ehtiyatları azalıb.
AZƏRTACxəbər verir ki, bu barədə əsasən özəl sektorun maliyyələşdirdiyi Amerika Neft İnstitutu (API) məlumat yayıb. Bildirilir ki, keçən həftə ölkədəki neft ehtiyatları əvvəlki həftə ilə müqayisədə 1,4 milyon barrel azalaraq 460 milyon barrel olub. Bazar proqnozları ehtiyatların 2,7 milyon barrel azalacağı istiqamətində idi. Əvvəlki həftə isə ehtiyatlar 8,13 milyon barrel geriləmişdi.
Ölkədəki ehtiyatlarla bağlı rəsmi rəqəmlər ABŞ-ın Enerji İnformasiya Administrasiyası (EIA) tərəfindən açıqlanacaq.
banner

Oxşar Xəbərlər