ABŞ-ın neft ehtiyatları 477 milyon barrelə çatır

ABŞ-ın neft ehtiyatları 477 milyon barrelə çatır

İqtisadiyyat
23 May 2019, 13:15 245
Birləşmiş Ştatların xam neft ehtiyatları artıb.
AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Bildirilir ki, ötən hesabat həftəsində ölkədəki neft ehtiyatları 4,7 milyon barrel (1 faiz) artaraq 476,8 milyon barrel olub. Bazar proqnozları da ehtiyatların artacağı istiqamətində idi. Əvvəlki həftə neft ehtiyatları 5,4 milyon barrel artmışdı.
ABŞ-ın strateji neft ehtiyatları isə keçən həftə əvvəlki həftə ilə müqayisədə 1,1 milyon barrel azalaraq 644,8 milyon barrelə düşüb.
Ölkənin benzin ehtiyatları hesabat həftəsində 3,7 milyon barrel (1,7 faiz) artaraq 228,7 milyon barrel olub. Bazar proqnozları ehtiyatların azalacağı istiqamətində idi. Benzin ehtiyatları əvvəlki həftə 1,1 milyon barrel azalmışdı.