ABŞ Energetika Nazirliyi neft qiymətlərinin enəcəyini proqnozlaşdırır

ABŞ Energetika Nazirliyi neft qiymətlərinin enəcəyini proqnozlaşdırır

İqtisadiyyat
10 Oktyabr 2019, 15:45 277
ABŞ Energetika Nazirliyinin proqnozuna əsasən, neft qiymətlərinin qısa müddət ərzində aşağı düşməsi gözlənilir.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə məlumat nazirliyin saytında yerləşdirilib.
Məlumata əsasən, ilin sonuna qədər Brent markalı xam neftin qiyməti 59 dollar səviyyəsində qalacaq, lakin gələn ilin ikinci kvartalından başlayaraq 57 dollara qədər ucuzlaşacaq. Nazirlik belə dəyişikliyin səbəbi kimi dünyada neft ehtiyatlarının artmasını göstərir.
Qurumun proqnozunda, həmçinin ucuzlaşmanın sonradan 62 dollara qalxacaq bahalaşma ilə əvəz olunacağı və 2020-ci ildə neftin proqnozlaşdırılan orta qiymətinin 60 dollar təşkil edəcəyi bildirilir.