AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Ağ Ev: Tramp Ərdoğanla telefon danışığında İdliblə bağlı narahatlığını çatdırıb

Ağ Ev: Tramp Ərdoğanla telefon danışığında İdliblə bağlı narahatlığını çatdırıb

Siyasət
17 Fevral 2020, 11:23 865
ABŞ Prezidenti Donald Tramp fevralın 15-də Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla telefon danışığı zamanı İdlibdəki vəziyyətdən narahatlığını vurğulayıb və Rusiyanın Suriya hökumətinə dəstəyinin dayandırılmasını istədiyini bildirib.
APA "TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə bazar günü axşam Ağ Evin mətbuat katibinin müavini Cad Dirin yaydığı açıqlamada bildirilir.
"ABŞ Prezidenti İdlibdəki gərginlikdən narahatlığını bildirib və humanitar fəlakətin qarşısının alınmasında göstərdiyi səylərə görə Türkiyə Prezidentinə təşəkkür edib. Prezident Tramp Rusiyanın Suriya Prezidenti Bəşər Əsəd rejiminə dəstəyini dayandırmasını və münaqişənin siyasi həllini müdafiə etməsini istədiyini bildirib”, - deyə açıqlamada deyilir.