• şənbə, 20 Aprel, 13:45
  • Baku Bakı 23°C

7 ayda qeyri-neft-qaz sektorunda məhsul istehsalı 15,8 faiz artıb

16.08.19 14:15 1734
7 ayda qeyri-neft-qaz sektorunda məhsul istehsalı 15,8 faiz artıb
Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən yanvar-iyul aylarında 27,3 milyard manatlıq və ya 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,2 faiz çox sənaye məhsulu istehsal edilib.
Dövlət Statistika KomitəsindənAZƏRTAC-a bildirilib ki, sənayenin qeyri-neft-qaz sektorunda məhsul istehsalı 15,8 faiz artıb. Sənaye məhsulunun 25,1 faizi emal sektorunda istehsal olunub.
Emal sektorunda ağacın emalı və ağacdan məmulatların istehsalı 2,3 dəfə, hazır metal məmulatlarının istehsalı 59,2 faiz, kompüter, elektron və optik məhsulların istehsalı 55,4 faiz, içkilərin istehsalı 52,2 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 40,9 faiz, mebel istehsalı 33,6 faiz, kimya sənayesi məhsullarının istehsalı 30,4 faiz, kağız və karton istehsalı 28,5 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 27,2 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 26,4 faiz, tütün məmulatlarının istehsalı 25,1 faiz, qida məhsullarının istehsalı 18,3 faiz, poliqrafiya məhsullarının istehsalı 14,9 faiz, maşın və avadanlıqların istehsalı 13,6 faiz, tikinti materiallarının istehsalı 7,8 faiz, geyim istehsalı 5,6 faiz, neft məhsullarının istehsalı 1,4 faiz, əczaçılıq məhsullarının istehsalı 1,3 faiz artıb.
Sair nəqliyyat vasitələrinin və elektrik avadanlıqlarının istehsalı 7,5 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 11,4 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 17,6 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı isə 28,3 faiz azalıb.

banner

Oxşar Xəbərlər