300 yaşlı Robinzon Kruzo
Böyük Britaniyada BBC tərəfindən dünyamızı formalaşdıran 100 roman
haqqında yeni bir serial başlandı. İngilis ədəbi tarixinə geniş miqyaslı səyahət
etsək ilk ingilis romanının başlanğıc nöqtəsi kimi qiymətləndirilən "Robinzon
Kruzonun həyatı və qəribə gözlənilməz macəraları” rastlaşmış olarıq.
İngilis dilindən tərcümə etdi: Mətanət Şükürova
Yarımçıq süjetə və çox saylı struktur səhvlərinə baxmayaraq, Robinzon
Kruzonun – gəmi qəzasına uğrayan bir dənizçinin hekayəsi son 300 ildə ədəbiyyata
(və ümumiyyətlə, müasir dünyaya) güclü təsir göstərmişdir. Əvvəllər mövcud olan
nəsrin zəngin olmasına baxmayaraq, bəzi alimlər Daniel Defonun kitabını romanın
əlamətlərinə çevrilən bütün elementləri özündə birləşdirən bir ilk olduğuna
inanırlar. Bu bədii maskarad bir fakt kimi kapitan tərəfindən bir adaya sürgün
olunduqdan sonra dörd il dörd ay dənizdə hər şeydən təcrid olunmuş şəkildə
keçirən Şotlandiya dənizçisi Aleksandr Selkirkin gerçək həyatdakı bədbəxtliklərinin
təzahürüdür. Daniel Defonun romanı real təhlükə ilə üz-üzə qalan bir hekayədir.
Lakin bu roman həm də Xristian günahının düşünməyə vadar edən hekayəsi,
kapitalist fərdiliyinin tənqidi, imperialist paranoyyanın ifşa olunması və hətta
insan ruhunun zəfəridir. Yerlilərin nöqteyi-nəzərindən, bu işğal mifidir –
Kruzo Avropa inanc sistemlərini onlara yükləyən günəşdə yanmış bir cindir.
Burada hekayəni danışan tərəfindən Cümənin yamyamların əlindən "qurtarması” və
onu qanadlarının altına alması, ağ hökmranlığın irqçi bir ideologiyasını dəstəkləməsindən
başqa bir şey yoxdur. Ancaq Cüməni əsl qəhrəman kimi düşünə bilərik. Onun təzyiq
altındakı təvazökarlığı və nəzakəti istənilən mədəniyyətdə hər kəs üçün
dayanıqlı bir personaj olaraq xidmət edir. Və onun həssas görünüşünə ilk dəfə
onun dolu silahın partlayıcı effektini görməsi yeganə məntiqi cavabdır.
Birdə Xuri var, Kruzonun təsadüfən Portuqaliyaya satdığı şən və cazibədar
bir oğlan (yəqin ki, razılaşdırılmış əsaslarla on illik xidmətdən və
xristianlığı qəbul etdikdən sonra oğlan azadlığa çıxacaq). Bundan əvvəl, Xuri
özünün dəhşətli bir seçimi ilə üzləşdi: o ya Kruzonun iradəsinə tabe olmalı
idi, ya da özünü dənizə atmalı idi. Bütün bunlar Kruzo gəmi qəzasına uğramadan
qısa müddət əvvəl baş verdi. Ani karma, bəlkə?
Defo, əlbəttə ki, vizual motivlərin ustasıdır və Kruzonun silahı xüsusilə
güclüdür – o, bir tərəfdən avropalıların mənəvi çatışmazlıqlarına işarə edərkən
digər tərəfdən onların texnoloji üstünlüklərini nümayiş etdirir. Ancaq müharibə
doğru bir sivilizasiya yarada bilməzdi.
Yeddi il sonra Conatan Svit "Qulliverin səyahəti”ndə
motivləri pozdu, burada miniatür qəhrəman müasir silahlarla İngiltərənin
igidliyi ilə öyünərək soylu nəhənglərin heyran tamaşaçılarına lovğalanır. Qulliver kimi
Kruzo da yad ölkələrdə çətin vəziyyətlərdə qalsa da, eyni zamanda öz vətənindəki
cəmiyyətin uğursuzluqlarını təcəssüm etdirir. Defonun hekayəsindəki ən dəhşətli məqam heç kimin olmadığı zaman baş
verir. Kruzo zahirən tərk edilmiş adasında qumda bir iz ilə qarşılaşır. Ayaq izi
dərin bir şüur böhranına səbəb olur. Bu izi kim buraxıb? Dost, ya düşmən? Adam,
yoxsa qulyabani? Xilas ola biləcək, yoxsa vəhşicəsinə öldürüləcək? OBu əsrlər
boyu dünya mədəniyyətində təkrarlanan bir səhnədir. Amerikadakı Çin mühacirlərinin
həyatının sıx toxunmuş nağılı olan Maxine Hong Kinqstonun qısa hekayə
kolleksiyasında insan izinə rast gəldiyi zaman huşunu itirən Lo Bun Sun adlı dənizçi
haqqında bir hekayə vardır. Külək və yağış izi yox elədikdən sonra da onu
heyran etməyə davam edir – immiqrantın yaşadığı təcrübənin fasiləsiz emosional
qarışıqlıqları, bəlkə də, hətta müstəmləkə eksklüzivliyini istehza ilə qəbul
etməsi barədə də bir misaldır.
Defonun 17-ci əsrdə gəmi qəzasına uğramış dənizçisinin
hekayəsi o qədər məşhurdur ki, "Robinzonad" adı ilə tanınan – Ceyms Quld
Kozzens və Con Maksvel Kutze kimi müəlliflərin də töhfə verdiyi böyük və sərbəst
bir janrın yaranmasına səbəb olmuşdur. Qısa bir izah olaraq onu (adının şərti
olaraq adlandırılan "Robinzon") adətən, yaşanılmaz bir adada və ya
bir planetdə, sivilizasiyanın rahatlığından qəfil təcrid olunduğu bir hekayə
adlandıra bilərik. Ancaq
Robinzonad bir roman olmamalıdır: Robinzon Kruzonun əsas personajları,
mövzuları və parametrləri həmişə qeyri-fantastik janrlarda, şeirlər, pyeslər,
pantomimalar, filmlər, reklamlar və ümumiyyətlə, maddi mədəniyyət olaraq yenidən
işlənmişdir.
Ədəbiyyat xaricində ən məşhur müasir nümunə Kast
Hevay 2000-ci ildə Tom Hanksın FedEx icraçısı Çak rolunda oynadığı filmdir.
Dörd il boyunca boş bir tropik adada qapalı qalan Çak ürəyi ağrıyan və yola
davam edən sevgilisi Kellinin (Helen Hant) qucağına qayıtmaq istəyir. Çak
İngiltərənin iqtisadi tərəqqisini formalaşdıran protestant iş etikasının tərəfdarı
olduğunu iddia etsə də, macəra arxasınca müdrik və ağır atasının xəbərdarlıqlarını
rədd edən məkrli Kruzodan daha fərqli ola bilməzdi. Paranoik, günahkar, ikiüzlü
və bundan daha çox, Kruzo qəhrəman deyil. Lakin o, qüsurlu bir qəhrəman modeli
qurdu, hansı ki hələdə İngilis mədəniyyətinin mərkəzindədir.
İngilis dilindən tərcümə etdi: Mətanət Şükürova