Neftin qiyməti bahalaşır

Neftin qiyməti bahalaşır

İqtisadiyyat
12 Dekabr 2019, 11:45 354
Dünya birjalarında neftin qiyməti yenidən bahalaşıb.
AZƏRTAC xəbər verir ki, Londonun ICE ("InterContinental Exchange Futures”) birjasında "Brent” markalı neftin bir barrelinin qiyməti 0,29 dollar artaraq 64,01 dollar, Nyu-Yorkun NYMEX ("New York Mercantile Exchange”) birjasında "Light” markalı neftin bir barrelinin qiyməti isə 0,12 dollar bahalaşaraq 58,88 dollar təşkil edib.