• cümə axşamı, 25 aprel, 07:54
  • Baku Bakı 14°C

Birləşmiş Ştatlardakı aktiv qazma qurğularının sayı azalır

07.12.19 15:45 851
Birləşmiş Ştatlardakı aktiv qazma qurğularının sayı azalır
ABŞ-dakı aktiv qazma qurğularının sayı azalıb.
AZƏRTACxəbər verir ki, bu barədə "Baker Hughes” şirkəti məlumat yayıb. Bildirilir ki, ötən hesabat həftəsində ABŞ-dakı aktiv neft və qaz qazma qurğularının sayı 3 ədəd azalaraq 799 olub. Keçən ilin eyni dövrü ilə müqayisədə ölkədəki aktiv qazma qurğularının sayı 276 ədəd geriləyib. Beləliklə də, ölkədəki qazma qurğularının sayında ardıcıl 7 həftə azalma müşahidə olunub.
Ötən həftə ABŞ-dakı aktiv neft qazma qurğularının sayı 5 ədəd geriləyərək 663 olub. Əvvəlki ilin müvafiq dövrünə görə neft qazma qurğularının sayında 214 ədəd azalma qeydə alınıb.
Aktiv qaz qazma qurğularının sayı da 2 ədəd artaraq 133 olub və keçən ilin eyni dövrünə nisbətən ölkədəki qazma qurğularının sayı 60 ədəd geriləyib.
Qeyd edək ki, ABŞ-da aktiv neft qazma qurğularının sayı 1981-ci ildə ölkə tarixində maksimuma, yəni 4 min 530-a çatıb. Neftin qiymətinin ucuzlaşması fonunda ölkədəki aktiv neft qazma qurğularının sayı 2016-cı ilin mayında isə minimuma – 316-ya düşüb.
banner

Oxşar Xəbərlər