• şənbə, 04 Yanvar, 20:53
  • Baku Bakı 10°C

Yüksək texnologiyaların və innovasiyaların audit sistemində tətbiqi genişlənir

23.04.22 09:37 725
Yüksək texnologiyaların və innovasiyaların audit sistemində tətbiqi genişlənir

2022-ci ildə Azərbaycan Auditorlar Palatası kiçik və orta audit təşkilatları və müstəqil auditorlar tərəfindən istifadə oluna biləcək audit proqram təminatı almağı planlaşdırır.

Bunu Trend-ə Azərbaycan Auditorlar Palatasının sədri Vahid Novruzov deyib.

Onun sözlərinə görə, çirkli pulların yuyulmasına və terrorçuluğun maliyyələşdirilməsinə (PL/TMM) qarşı mübarizə tədbirlərinin sayının artırılması da nəzərdə tutulur.

"Bundan əlavə, 2022-ci il ərzində bazar iqtisadiyyatı şəraitində metodoloji nəzarət bazasının yaradılması, müvafiq təkliflərin hazırlanması, audit sistemində yüksək texnologiyaların və innovasiyaların tətbiqinin genişləndirilməsi nəzərdə tutulur", - deyə V.Novruzob bildirib.

O qeyd edib ki, 2022-ci ilin sentyabrında Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birgə və xarici ekspertlərin iştirakı ilə “Rəqəmsal iqtisadiyyat şəraitində hesabatlılıq və şəffaflıq” mövzusunda konfransın keçirilməsi planlaşdırılır.

banner

Oxşar Xəbərlər