bazar ertəsi, 04 iyul, 09:13

Baku Bakı 23°C

Vahid Əhmədov: "İnflyasiyadan istifadə edənlər var"

icon 192 icon 25 may 2022 | 15:15 Vahid Əhmədov: "İnflyasiyadan istifadə edənlər var"

“Azərbaycanda infilyasiya ilə bağlı rəqəmləri yoxlamağa ehtiyac var. Daxildə də bizim kifayət qədər problemlərimiz var”.

“Report”un xəbərinə görə, bunu deputat Vahid Əhmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “2021-ci ilin dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsində deyib.

"İqtisadiyyat Nazirliyi bu istiqamətdə xeyli işlər görür, amma kifayət deyil. Azərbaycanda gündəlik təlabat mallarının qiymətlərinə yenidən baxılmalıdır. İnflyasiyadan istifadə edənlər var", - deyə o, qeyd edib.