• cümə, 29 Mart, 18:33
  • Baku Bakı 14°C

Türkiyə şirkəti SOCAR üçün Əliağada mobil rabitə şəbəkəsi yaradacaq

22.11.22 16:35 896
Türkiyə şirkəti SOCAR üçün Əliağada mobil rabitə şəbəkəsi yaradacaq

Türkiyənin ən böyük və ən yüksək sürətli mobil operatoru olan "Turkcell" ilə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəməsi olan "SOCAR Türkiyə" şirkəti arasında yeni layihənin icrasına başlanılıb.

"Report"un yerli bürosu xəbər verir ki, bunu “Turkcell"in Kooperativ satış üzrə müdir müavini Ceyhun Özata bildirib

"SOCAR Türkiyə"nin bu ölkədə ən böyük investisiya bölgələrindən olan Əliağa yarımadası üçün xüsusi olaraq hazırlanmış layihə çərçivəsində "Turkcell" tərəfindən "SOCAR Türkiyə" üçün mobil rabitə şəbəkəsi yaradılacaq.

“SOCAR Türkiyə”nin informasiya texnologiyaları baxışı "Turkcell"in güclü və unikal texnoloji infrastrukturu ilə bir araya gələrək səmərəli, çevik, geniş miqyas ala bilən və ən son texnologiyalara hazır infrastruktur şəbəkəsi ilə təmin edəcək.

Bununla da, "SOCAR Türkiyə" ilə “Turkcell” arasında enerji sektorunda bir ilk hesab edilən mühüm əməkdaşlığa imza atılıb. Bu əməkdaşlıq çərçivəsində “Turkcell”, yalnız "SOCAR Türkiyə"nin informasiya texnologiyaları infrastrukturu üçün baza stansiyaları quraraq İzmir şəhərindəki Əliağa yarımadasında özəl LTE şəbəkəsi quracaq", - məlumatda deyilir.

Qeyd edək ki, “SOCAR Türkiyə”nin Əliağa yarımadasında STAR neft emalı zavodu və “Petkim” kimi mühüm törəmə şirkətlərinin olduğu bölgə Türkiyənin ilk “Xüsusi Sənaye Bölgəsi” adı ilə də diqqət çəkir.

“Turkcell"in Kooperativ satış üzrə müdir müavini bildirib ki, “SOCAR Türkiyə" 1 453 hektarlıq bir yarımadada neft emalı, neft-kimya və liman idarəçiliyi kimi iş sahələrində fəaliyyət göstərdiyi üçün xüsusi rəqəmsallaşmaya önəm verirdi: “Prosesin ilk mərhələsindən etibarən biz "Turkcell"in Rəqəmsal Biznes Xidmətləri şirkəti ilə "SOCAR Türkiyə"nin başdan-başa rəqəmsal transformasiya əlaqələrində etibarlı texnologiya tərəfdaşıyıq. Biz güclü və unikal şəbəkə infrastrukturumuz vasitəsilə kibertəhlükəsizlik səviyyələri və işin davamlılığı kimi sahələr üçün həllər təklif edərək bütün layihəni 360 dərəcə perspektivdən inkişaf etdirmişik. Bu yanaşma ilə biz iki böyük qurumun uzunmüddətli əməkdaşlığının əsaslarını möhkəmləndirməkdən məmnunuq”.

banner

Oxşar Xəbərlər