• cümə axşamı, 25 aprel, 17:58
  • Baku Bakı 23°C

Transxəzər Marşrutu ilə ASCO gəmisi Hövsan limanına ilk dəfə yük çatdırıb

30.04.22 12:45 870
Transxəzər Marşrutu ilə ASCO gəmisi Hövsan limanına ilk dəfə yük çatdırıb

"Azərbaycn Xəzər Dəniz Gəmiçiliyi" QSC (ASCO) Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu xətt ilə Hövsan limanına ilk dəfə yük çatdırıb.

Kaspi.az ASCO-ya istinadən xəbər verir ki, yükün daşınması ASCO-nun Dəniz Nəqliyyatı Donanmasına məxsus "Maestro Niyazi" quru yük gəmisi ilə həyata keçirilib.

Qazaxıstanın Aktau limanından gələn gəmidə 140 ədəd 20 futluq TEU konteyner olub.

Hazırda Hövsan limanının 6-cı körpüsündə konteynerlərin boşaldılması əməliyyatı həyata keçirilir.

banner

Oxşar Xəbərlər