• çərşənbə axşamı, 23 aprel, 19:32
  • Baku Bakı 20°C

Təsisçidən alınan borc hansı şərtlərlə nağd qaydada qaytarıla bilər?

27.07.22 21:00 5152
Təsisçidən alınan borc hansı şərtlərlə nağd qaydada qaytarıla bilər?

Şirkətin təsisçidən aldığı borcu nağd qaydada qaytarmasına məhdudiyyət varmı?

Kaspi.az Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, yalnız nağdsız qaydada aparılmalı olan, habelə nağd qaydada aparılmasına icazə verilən əməliyyatların dairəsi və nağd xərcləmələrin limiti “Nağdsız hesablaşmalar haqqında” Qanunla tənzimlənir.

Vergi orqanında uçotda olmayan təsisçidən alınmış borc məbləğləri vergiödəyicisinin Qanunda göstərilən şəxslər kateqoriyasına aid olmasından asılı olaraq həmin maddədə göstərilən hədlər daxilində (30 min manat və ya 15 min manat) nağd qaydada qaytarıla bilər. Təqvim ayı ərzində 30 min manatdan və ya 15 min manatdan artıq hesablaşmalar üzrə ödənişlər, o cümlədən alınmış borcların qaytarılması yalnız nağdsız qaydada həyata keçirilməlidir.

Qanunun tələbinə görə vergi orqanında qeydiyyatda olan təsisçiyə borc məbləğləri yalnız nağdsız qaydada qaytarılmalıdır.

Qanunun qeyd olunan tələblərinin pozulmasına görə borc vəsaitlərini nağd qaydada ödəyən və qəbul edən şəxsə qanun pozulmaqla aparılan əməliyyatın ümumi məbləğinin təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə isə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

banner

Oxşar Xəbərlər