• bazar ertəsi, 16 sentyabr, 22:55
  • Baku Bakı 25°C

SOCAR və “Uniper” əməkdaşlığı gücləndirəcəklər

31.08.24 00:19 1106
SOCAR və “Uniper” əməkdaşlığı gücləndirəcəklər

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Almaniyanın “Uniper” şirkəti arasında enerji biznesi ilə bağlı geniş spektrli mövzular üzrə mövcud strateji tərəfdaşlıq əlaqələrinin daha da gücləndirilməsi imkanları nəzərdən keçirilib.

“Report”un SOCAR-a istinadən verdiyi məlumata görə, bu barədə SOCAR prezidenti Rövşən Nəcəf və “Uniper Se”nin İdarə Heyətinin üzvü və baş kommersiya direktoru Karsten Poppinqa arasında keçirilən görüşdə bildirilib.

Söhbət zamanı şirkətlər arasında “Şahdəniz” yatağından hasil edilən təbii qazın alqı-satqısı üzrə sazişin uğurla həyata keçirildiyi vurğulanıb və qaz təchizatı sahəsində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib.

Tərəflər neft-qaz sektoru ilə yanaşı, enerji keçidi, enerji səmərəliliyinin artırılması sahələrində əməkdaşlığın inkişafı və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

banner

Oxşar Xəbərlər