• şənbə, 20 Aprel, 16:41
  • Baku Bakı 23°C

SOCAR və “Özbəkneftqaz” ekoloji təhlükəsizliyə dair təcrübə mübadiləsi aparacaq

05.11.22 13:45 1229
SOCAR və “Özbəkneftqaz” ekoloji təhlükəsizliyə dair təcrübə mübadiləsi aparacaq

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Özbəkistanın “Özbəkneftqaz” şirkəti arasında ekoloji təhlükəsizlik sahəsində texnologiya və təcrübə mübadiləsinə dair danışıqlar aparılıb, qarşılıqlı təcrübə mübadiləsinə dair razılıq əldə olunub.

“Report”un Özbəkistan mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Səmərqənddə keçirilən Özbəkistanın 2-ci İqtisadi Forumu çərçivəsində SOCAR-ın ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadənin “Özbəkneftqaz” şirkətinin rəsmiləri ilə görüşündə bildirilib.

Həmçinin, tərəflər neft-qaz sektorunda investisiya layihələrinin birgə həyata keçirilməsi və onların gələcək perspektivləri, geoloji kəşfiyyat üzrə danışıqlar aparılıb.

Məlumata görə, R. Hüseynzadə iki şirkət arasında əvvəllər əldə edilmiş razılaşmaların hazırkı vəziyyəti, xüsusilə də imzalanmış birgə Yol Xəritələri və memorandumların nəticələrini də müzakirə edib.

Qeyd edək ki, noyabrın 3-4-də Səmərqənddə aparıcı beynəlxalq iqtisadçıları və beynəlxalq ekspertləri bir araya gətirən Özbəkistanın 2-ci İqtisadi Forumu keçirilib. Forumda Özbəkistanın beş illik inkişaf strategiyaları, iqtisadi imkanları və beynəlxalq əməkdaşlıq məsələləri müzakirə edilib. Həmçinin, işgüzar dairələr və xarici tərəfdaşlar, beynəlxalq banklarla möhkəm əlaqələrin qurulması məqsədilə şirkətlər arasında bir sıra görüşlər keçirilib.

banner

Oxşar Xəbərlər