• cümə, 24 May, 11:23
  • Baku Bakı 13°C

SOCAR Türkiye "Trabzonspor"un sponsoru ola biləcəyi barədə xəbərləri təkzib edib

28.03.23 21:11 598
SOCAR Türkiye "Trabzonspor"un sponsoru ola biləcəyi barədə xəbərləri təkzib edib

SOCAR Türkiye şirkətin "Trabzonspor" futbol klubunun sponsoru ola biləcəyi barədə yayılan xəbərləri təkzib edib.

Kaspi.az xəbər verir ki, bu barədə SOCAR Türkiye-nin tvitter hesabında qeyd edilib.

"Son günlərdə bəzi xəbər saytlarında SOCAR Türkiye-nin futbol klubları sponsorluğuna yönəlik çıxan xəbərlər reallığı əks etdirmir. SOCAR Türkiye olaraq sponsorluq strategiyası çərçivəsində hər hansı bir futbol klubuna sponsor olma istiqamətində bir planımız yoxdur. Reallığı əks etdirməyən belə xəbərlərə etibar edilməməsini xahiş edirik", - deyə məlumatda qeyd olunur.

banner

Oxşar Xəbərlər