• çərşənbə axşamı, 23 aprel, 14:46
  • Baku Bakı 24°C

SOCAR - “Samruk Kazyna” əməkdaşlığı müzakirə edilib

16.03.24 00:15 2773
SOCAR - “Samruk Kazyna” əməkdaşlığı müzakirə edilib

Azərbaycan İnvestisiya Holdinqi (AİH), Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Qazaxıstanın “Samruk Kazyna” Səhmdar Cəmiyyəti arasında görüş keçirilib.

“Report”un SOCAR-a istinadən verdiyi məlumata görə, görüş Azərbaycan İnvestisiya Holdinqinin baş icraçı direktoru Ruslan Əlixanov, SOCAR prezidenti Rövşən Nəcəf və “Samruk Kazyna”nın idarə heyətinin sədri Nurlan Jakupovun rəhbərlik etdiyi nümayəndə heyəti arasında baş tutub.
Görüşdə martın 11-də Azərbaycan Prezidenti İlham Əliyevin və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin iştirakı ilə AİH və “Samruk Kazyna” arasında imzalanmış strateji tərəfdaşlıq Sazişindən irəli gələn məsələlər və atılacaq növbəti birgə addımlar müzakirə edilib.

banner

Oxşar Xəbərlər