• çərşənbə axşamı, 02 iyul, 02:00
  • Baku Bakı 21°C

SOCAR maliyyə göstəricilərini açıqlayıb

29.06.24 00:31 417
SOCAR maliyyə göstəricilərini açıqlayıb

Qlobal iqtisadi aktivliyin zəifləməsinə, geosiyasi proseslərə, enerji bazarlarında baş verən volatilliyə, habelə xam neft və təbii qaz qiymətlərinin kəskin aşağı düşməsinə baxmayaraq, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2023-cü ili qənaətbəxş nəticələrlə başa vurmağa nail olub.

“Report” xəbər verir ki, bu barədə SOCAR-ın 2023-cü il üzrə konsolidasiya edilmiş maliyyə hesabatında bildirilib.

Hesabata əsasən, 2023-cü ildə SOCAR-ın ümumi dövriyyəsi 85,2 milyard manat, ümumi mənfəəti 8,6 milyard manat, xalis mənfəəti isə 2,1 milyard manat təşkil edib. Şirkətin gəlirlərinin əsas hissəsi xam neft, neft və kimya məhsulları, təbii qaz satışından əldə edilib.

Hesabat ilində SOCAR-ın cari aktivləri 22,9 milyard manat, ümumi aktivləri 72 milyard manat təşkil edib. Bu xüsusda, şirkətin uzunmüddətli aktivləri 3,4% artımla 49 milyard manata, cəmi kapitalı 4,5% artaraq 34,8 milyard manata yüksəlib.

Hesabat dövründə SOCAR-ın cari öhdəlikləri 32,4% azalaraq 19,6 milyard manat, uzunmüddətli öhdəlikləri 5,3% azalaraq 17,6 milyard manat, ümumi öhdəlikləri isə 21,9% azalaraq 37,1 milyard manat təşkil edib.

Qeyd edək ki, SOCAR-ın 31 dekabr 2023-cü il tarixinə konsolidasiya edilmiş maliyyə hesabatına beynəlxalq audit şirkəti olan “Ernst & Young Holdings (CIS) B.V.” tərəfindən dəyişilməmiş (təmiz) rəyi verilib.

 

banner

Oxşar Xəbərlər