• cümə, 07 Fevral, 08:59
  • Baku Bakı 7°C

SOCAR-ın prezidenti Ukrayna səfiri ilə görüşüb

22.06.24 00:41 2931
SOCAR-ın prezidenti Ukrayna səfiri ilə görüşüb

Azərbaycan və Ukrayna enerji sahəsində mövcud və gələcək əməkdaşlıq imkanlarını müzakirə edib.

“Report”un Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən verdiyi məlumata görə, bu müzakirələr SOCAR-ın prezidenti Rövşən Nəcəfin Ukraynanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Yuri Qusev ilə görüşündə aparılıb.

Görüşdə ikitərəfli əməkdaşlığın uğurlu inkişafından, o cümlədən “SOCAR Energy Ukraine” şirkətinin fəaliyyətindən məmnunluq ifadə edilib.
Görüş çərçivəsində həmçinin enerji keçidi, dekarbonizasiya və qarşılıqlı maraq doğuran müxtəlif məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

banner

Oxşar Xəbərlər