• çərşənbə, 24 Aprel, 05:34
  • Baku Bakı 14°C

SOCAR-ın “Caspian Innovation Center”inin yeni ofisinin açılışı olub - FOTOLAR

26.05.23 17:47 543
SOCAR-ın “Caspian Innovation Center”inin yeni ofisinin açılışı olub - FOTOLAR

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) müəssisəsi “Caspian Innovation Center”in (CIC) yeni ofisinin açılışı olub.

Bu barədə Kaspi.az-a SOCAR-dan məlumat verilib.

Bildirilib ki, açılış mərasimində SOCAR prezidenti Rövşən Nəcəfin rəhbərlik etdiyi nümayəndə heyəti və digər rəsmi şəxslər iştirak ediblər.

Yeni ofislə tanış olan nümayəndə heyətinə burada yaradılan şərait barədə məlumat verilib.

Daha sonra SOCAR nümayəndə heyətinin CIC əməkdaşları ilə görüşü olub. Görüşdə CIC tərəfindən icra edilən layihələr barədə təqdimatlar edilib və müzakirələr aparılıb.

Müasir tələblərə cavab verən ofisdə işçi heyəti üçün geniş iş, görüş və iclas otaqları fəaliyyət göstərir.

 

banner

Oxşar Xəbərlər