• çərşənbə, 24 Iyul, 21:50
  • Baku Bakı 30°C

SOCAR COP29-da fəal iştirak edəcək

06.07.24 00:29 1509
SOCAR COP29-da fəal iştirak edəcək

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) fəal iştirak edərək iqlim dəyişikliyinin təsirlərinin yumşaldılmasına kömək edəcək tədbirlər və müzakirələr təşkil etməyi planlaşdırır.

“Report” xəbər verir ki, bunu SOCAR-ın vitse-prezidenti Əfqan İsayev “Euronews”a açıqlamasında deyib.

Ə.İsayev digər milli və beynəlxalq neft şirkətləri ilə birgə səylərin vacibliyini vurğulayıb: “Strateji tərəfdaşlıqlar və perspektivli layihələr vasitəsilə SOCAR gələcək nəsillər üçün dayanıqlı gələcəyi təmin etməyi hədəfləyir”.

“SOCAR strateji mövqe tutur ki, regionun gələcək enerji xəritəsinin formalaşmasında əsas rol oynasın”, - o vurğulayıb.

Vitse-prezident, həmçinin “Euronews”a şirkətin karbohidrogen və aşağı karbonlu biznes portfelini tarazlaşdırmaq məqsədi ilə ənənəvi neft-qaz müəssisəsindən 2035-ci ilə qədər enerji sahəsində şaxələndirilmiş lider şirkətə çevirmək planları və addımları barədə danışıb.

Ə.İsayev SOCAR-ın karbonsuzlaşdırmaya sadiqliyini vurğulayaraq, emissiya səviyyəsini qlobal sənaye liderlərinin səviyyəsinə uyğunlaşdırmaq niyyətində olduğunu deyib.

O bildirib ki, dövlət şirkəti strateji qlobal oyunçularla əməkdaşlıq edir, o cümlədən iki günəş və bir külək elektrik stansiyası da daxil olmaqla 1 GVT gücündə bərpa olunan enerji mənbələrinin, həmçinin ekoloji cəhətdən təmiz hidrogen istehsalına yönəlmiş 2 GVT gücündə dəniz külək enerjisi layihəsinin hazırlanmasına başlayıb.

banner

Oxşar Xəbərlər