• cümə, 21 Iyun, 17:47
  • Baku Bakı 31°C

SOCAR bp ilə yeni neft-qaz layihələri üzrə əməkdaşlıq istiqamətlərini müzakirə edib

31.05.23 20:59 2149
SOCAR bp ilə yeni neft-qaz layihələri üzrə əməkdaşlıq istiqamətlərini müzakirə edib

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) bp şirkəti ilə mövcud və perspektivdə nəzərdə tutulan neft-qaz layihələri üzrə əməkdaşlıq istiqamətləri nəzərdən keçirib.

Müzakirələr SOCAR-ın prezidenti Rövşən Nəcəfin Bakıda səfərdə olan BP-nin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrel ilə keçirilən görüşdə aparılıb.

Məlumata görə, görüşdə SOCAR ilə bp arasında qarşılıqlı səmərəli əməkdaşlıqdan, strateji tərəfdaşlıqdan məmnunluq ifadə edilib.

Həmçinin bərpaolunan enerji layihələrinə, insan kapitalı sahəsində təcrübə mübadiləsinin həyata keçirilməsinə və qaşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.

banner

Oxşar Xəbərlər