• şənbə, 27 Iyul, 17:05
  • Baku Bakı 28°C

SOCAR Bolqarıstandakı biznesini genişləndirəcək 

11.05.24 00:40 2374
SOCAR Bolqarıstandakı biznesini genişləndirəcək 

SOCAR Bolqarıstanda biznesini genişləndirməyi planlaşdırır və bu ölkədə daxili qazpaylayıcı şəbəkənin inkişafı üzərində işləyir.

“Report” xəbər verir ki, bunu “SOCAR Balkany” şirkətinin rəhbəri Murad Heydərov Bakıda keçirilən Azərbaycan-Bolqarıstan biznes forumu çərçivəsində deyib. Onun sözlərinə görə, SOCAR ilə Bolqarıstanın “Asarel Investment” şirkəti arasında Memorandum imzalanıb ki, bu da “SOCAR Balkany”nın Bolqarıstandakı biznesinin inkişafında daha bir addım deməkdir: “İndi biz Bolqarıstandakı mövcudluğumuzu genişləndirmək və son istehlakçılarla işləmək üçün imkanları araşdırırıq. Bu məqsədlə biz Bolqarıstanda daxili qazpaylayıcı şəbəkəni inkişaf etdirməyi planlaşdırırıq”.

 

banner

Oxşar Xəbərlər