• şənbə, 30 Noyabr, 11:26
  • Baku Bakı 8°C

SOCAR ABŞ şirkəti ilə əməkdaşlığı müzakirə edib

30.11.24 00:26 106
SOCAR ABŞ şirkəti ilə əməkdaşlığı müzakirə edib

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə ABŞ-nin “DeGolyer and MacNaughton” şirkəti arasında geotermal enerji, karbonun tutulması və saxlanılması (CCUS) barədə fikir mübadiləsi aparılıb. “Report” şirkətə istinadən xəbər verir ki, bu barədə SOCAR prezidenti Rövşən Nəcəf və “DeGolyer and MacNaughton” şirkətinin sədri və baş icraçı direktoru Con Vallas ilə görüşdə müzakirələr olub.

Görüşdə SOCAR ilə “DeGolyer and MacNaughton” şirkəti arasında uğurlu əməkdaşlıqdan məmnunluq ifadə olunub.

Tərəflər həmçinin yataqların işlənmə planının optimallaşdırılması, ehtiyatların dəqiqləşdirilməsi, inteqrasiya olunmuş modellərin hazırlanması üzrə görülən işləri nəzərdən keçirib və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

banner

Oxşar Xəbərlər