• şənbə, 20 Aprel, 15:51
  • Baku Bakı 23°C

Sığorta agentlərinə vergi güzəştləri şamil olunurmu?

06.05.23 21:15 1655
Sığorta agentlərinə vergi güzəştləri şamil olunurmu?

İşğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən sığorta agentlərinə vergi güzəştləri şamil olunurmu?

Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 13. 2. 4 və 7–ci maddəsinə əsasən, sığorta və təkrar sığorta əməliyyatları, habelə bu əməliyyatlarla bağlı sığorta agenti və sığorta broker xidmətləri maliyyə xidmətlərinə aiddir.

Vergi Məcəlləsinin 2003-cü il yanvarın 1-dən qüvvəyə minmiş dəyişikliklərə əsasən, işğaldan azad edilmiş ərazilərdə tətbiq olunan vergi azadolmaları maliyyə xidmətlərinin göstərilməsi sahəsində fəaliyyət göstərən şəxslərə şamil edilmir.

Qeyd edilənlərə əsasən, sığorta maliyyə xidmətlərinə aid olduğundan bu fəaliyyətlə məşğul olan vergiödəyicilərinə Vergi Məcəlləsinin 19-cu fəslində nəzərdə tutulmuş vergi güzəştləri şamil olunmur.

banner

Oxşar Xəbərlər