• çərşənbə axşamı, 23 aprel, 22:26
  • Baku Bakı 20°C

Şəxsi elektron kabinetlərdən istifadə yalnız gücləndirilmiş elektron imza vasitəsilə olacaq

27.05.23 03:15 627
Şəxsi elektron kabinetlərdən istifadə yalnız gücləndirilmiş elektron imza vasitəsilə olacaq

2024 -cü il yanvarın 1-dən etibarən vergiödəyicilərinin şəxsi elektron kabinetlərindən istifadə etmək imkanı yalnız gücləndirilmiş elektron imza vasitəsi ilə mümkün olacaq. Bu yeniliyin məqsədi ödəyicilərin fərdi və sahibkarlıq fəaliyyətləri ilə bağlı məlumatlarının təhlükəsizliyinin və məxfiliyinin daha etibarlı qorunmasıdır.

Kaspi.az Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, bu səbəbdən vergiödəyiciləri elektron kabinetlərindən istifadə etmək, “Əmək müqaviləsi bildirişi”nin qeydiyyata almaq, elektron qaimə-faktura göndərmək, bəyannamə və hesabatları təqdim etmək, vergi orqanı tərəfindən göndərilən sənədlərlə tanış olmaq üçün gücləndirilmiş elektron imza vasitələrindən birini “Asan İmza” və ya "E-imza" ya əldə etməlidir.

Qeyd olunub ki, gücləndirilmiş elektron imza, o cümlədən “Asan imza” digər identifikasiya vasitələrindən fərqli olaraq yüksək səviyyəli təhlükəsizlik texnologiyası və PİN kodlarla qorunur.

Gücləndirilmiş elektron imza - imza sahibinin nəzarəti altında olan elektron imza vasitələri ilə yaradılan və yalnız imza sahibinə məxsus olmaqla onu identikləşdirən, yəni özününküləşdirən, əlaqəli olduğu məlumat bildirişinin bütövlüyünü, dəyişməzliyini, təhrif olunmadığını və saxtalaşdırılmadığını müəyyən etməyə imkan verən elektron imzadır.

Gücləndirilmiş elektron imza vasitələrinin əldə edilməsi ilə bağlı asanimza.az saytından ətraflı məlumat almaq mümkündür.

Bundan əlavə, vergiödəyiciləri “Asan İmza” Sertifikatlarını əldə etmək üçün mobil şəbəkə operatorlarından aldıqları biznes tipli “Asan İmza” mobil SİM kartı və şəxsiyyəti təsdiq edən sənədlə birlikdə Dövlət Vergi Xidmətinin xidmət mərkəzlərinə, KOB evlərinə və ya “ASAN xidmət” mərkəzlərinə müraciət edə bilərlər.

banner

Oxşar Xəbərlər