• cümə, 26 Aprel, 10:46
  • Baku Bakı 12°C

Səudiyyə Ərəbistanı Rusiyanı OPEC+ ilə yeni sazişə daxil etmək istəyir

23.05.22 09:45 530
Səudiyyə Ərəbistanı Rusiyanı OPEC+ ilə yeni sazişə daxil etmək istəyir

Səudiyyə Ərəbistanı Krallığı Rusiyanın da daxil olduğu OPEC+ ilə saziş imzalamağa ümid edir.

“Report” xəbər verir ki, bunu Krallığın enerji naziri Əbdül Əziz bin Salman “Financial Times”a müsahibəsində deyib. Nazir qeyd edib ki, bazarda qeyri-müəyyənlik fonunda yeni sazişin təfərrüatları barədə danışmaq hələ tezdir, lakin OPEC+ tələb olarsa hasilatı artıracaq.

Əbdül Əziz bin Salman yanacağın qiymətinin qalxmasını qlobal neft emalı potensialının olmaması ilə əlaqələndirib: “Bazarda müəyyənedici amil neft emalı zavodlarının gücüdür... Ən azı son üç il ərzində bütün dünya 4 milyon barel neft emalı gücünü itirib, onlardan 2,7 milyonu yalnız koronavirus pandemiyasının başlanğıcından bəridir”.

O qeyd edib ki, siyasət OPEC+-ın işinə mane olmamalıdır, lakin hasilat və neft emalı sahəsində problemlərin aradan qaldırılması üçün hökumətlər sənayeni karbohidrogenlərə investisiya qoymağa təşviq etməlidirlər.

banner

Oxşar Xəbərlər