• cümə, 26 Aprel, 15:33
  • Baku Bakı 23°C

Sənaye zonalarından yarım milyard manatlıq qeyri-neft məhsulu ixrac edilib

08.08.22 15:00 1056
Sənaye zonalarından yarım milyard manatlıq qeyri-neft məhsulu ixrac edilib

Bu ilin birinci yarısında sənaye zonalarından 543,9 mln. manat qeyri-neft sənaye məhsulu ixrac edilib.

Kaspi.az-ın məlumatına görə, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" səhifəsində bildirib.

Nazir qeyd edib ki, 2022-ci ilin I yarısında 1,3 mlrd. manat məhsul istehsalı ilə sənaye zonalarının ölkə sənayesinin qeyri-neft sektorunda xüsusi çəkisi 14,9%, qeyri-neft sənaye məhsullarının ixracında isə 33,1% (543,9 mln. manat) olub.

banner

Oxşar Xəbərlər