cümə, 03 Fevral, 00:53

Baku Bakı 6°C

Şəhid ailəsinə ayrılan birdəfəlik maddi yardım vergiyə cəlb edilirmi?

icon 547 icon 29 oktyabr 2022 | 21:30 Şəhid ailəsinə ayrılan birdəfəlik maddi yardım vergiyə cəlb edilirmi?

Müəssisədə çalışan işçi Vətən müharibəsi zamanı şəhid olubsa, onun ailəsinə ayrılan birdəfəlik maddi yardım vergiyə cəlb edilirmi?

Kaspi.az Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, şəhid olmuş şəxslərin ailə üzvlərinin əldə etdikləri maddi yardımın 20 min manatadək olan hissəsi gəlir vergisindən azaddır.

Eyni zamanda, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş hərbi qulluqçuların və mülki şəxslərin əldə etdikləri maddi yardımın 20 min manatadək olan hissəsi də gəlir vergisindən azaddır.