cümə, 03 Fevral, 01:24

Baku Bakı 6°C

Sahil Babayev pensiya yaşından danışıb

icon 471 icon 25 noyabr 2022 | 17:45 Sahil Babayev pensiya yaşından danışıb

Bu gün ölkədə 65 yaşa çatanların 60 faizi pensiya, qalanları sosial müavinət alır. Bu da tam normaldır. Biz sosial sahəyə bağlı sistem yaratmışıq.

 Kaspi.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev parlamentin noyabrın 25-də keçirilən plenar iclasında çıxışı zamanı deyib.

"Bu gün bir qəpik də sosial sığorta ödəməyən, qeyri-formal çalışan və dövlətə hər hansı bir vəsait ödəməyənlərə uzun illər boyu sosial siğorta haqqı ödəyən şəxsi eyniləşdirmək olmaz.

Biz o zaman pensiya sistemini dağıdarıq və sığorta əsaslı pensiya sisteminə malik olmarıq", - S.Babayev bildirib.

Nazir eyni zamanda ömür uzunluğu və pensiya dövrü ilə bağlı səsləndirilən fikirlərə də aydınlıq gətirib. “Azərbaycanda pensiya dövrü 12 il olaraq hesablanır. Həmin müddət ərzində təqdim edilən zərflər çərçivəsində 68 % pensiyaçı 12 ildən çox pensiya alır. Pensiya yaşı 65 olsa da, xüsusi kateqoriyalara edilən güzəştlər çərçivəsində bu gün effektiv pensiya yaşı 61 və 62-dir, 65 deyil. Bunu nəzərə almağınızı xahiş edirəm”, - deyə nazir əlavə edib.