Sadələşdirilmiş vergi bəyannaməsi vaxtında təqdim olunmalıdır

Cari ilin 1-ci rübü üzrə sadələşdirilmiş vergi bəyannaməsi və muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı) 2022-ci il aprelin 20-dən gec olmayaraq təqdim olunmalıdır.
Kaspi.az Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, bu barədə qurumun vergiödəyicilərinə ünvanlandığı müraciətdə deyilib.
Qeyd olunan bəyannamələr vaxtında təqdim olunmadığı halda, vergiödəyicisinə münasibətdə (hər bir bəyannamə üzrə) 40 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək.
