• cümə, 29 Mart, 19:44
  • Baku Bakı 14°C

Rusiya neft hasilatını azalda bilər

30.05.22 10:56 3587
Rusiya neft hasilatını azalda bilər

Rusiya neft hasilatını 20-30 %, başqa sözlə, gündə 7-8 milyon barrelə qədər azaltmalıdır.

“Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu təklifi “Lukoil” neft şirkətinin həmsahibi və vitse-prezidenti Leonid Fedun irəli sürüb.

"Rusiya nəyə görə gündə 10 milyon barel neft hasil etməlidir? Əgər biz 7-8 milyon bareli səmərəli şəkildə istehlak edib dövlət büdcəsinə, daxili istehlaka və idxala zərər vermədən ixrac edə biliriksə".

L.Fedun əmindir ki, xam neftin 10 barelini 50 ABŞ dollara yox, 7 barelini 80 ABŞ dollara satmaq daha sərfəlidir:

“30 %, hətta bəzən 40 % endirimlərə razılaşaraq, böhrandan əvvəlki ixracatı saxlamağa çalışmalıyıqmı?"

Onun fikrincə, Rusiya neftinə qoyulan embarqo məsələsi altında alıcılar tariflərin tənzimlənməsi alətlərindən istifadə edərək bu endirimləri “institusionallaşdırmağa” çalışacaqlar.

banner

Oxşar Xəbərlər