• çərşənbə, 05 Fevral, 19:51
  • Baku Bakı 6°C

Rövşən Nəcəf Oleksey Çernişov ilə görüşüb

04.05.24 00:49 3097
Rövşən Nəcəf Oleksey Çernişov ilə görüşüb

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Ukraynanın “Naftoqaz” şirkəti Azərbaycan qazının Ukraynada saxlanması imkanlarını müzakirə ediblər. “Report” SOCAR-a istinadən xəbər verir ki, bu müzakirələr SOCAR prezidenti Rövşən Nəcəf və “Naftoqaz” şirkətinin baş icraçı direktoru Oleksey Çernişov ilə görüşdə aparılıb.

Görüşdə tərəflər neft-qaz sənayesində əməkdaşlığın perspektivləri, o cümlədən enerji keçidi, dekarbonizasiya və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

banner

Oxşar Xəbərlər