• cümə, 04 Iyul, 09:39
  • Baku Bakı 22°C

“Peşəkar mühasib” sertifikatlı şəxslər üçün İŞ İMKANI

18.03.23 09:54 1434
“Peşəkar mühasib” sertifikatlı şəxslər üçün İŞ İMKANI

Elm və Təhsil Nazirliyinin tabeliyindəki qurumlarda baş mühasib vəzifəsi üzrə vakansiyalar elan olunub.

Nazirlikdən Kaspi.az-a bildirilib ki, bu vakansiyalarda çalışmaq üçün aşağıdakı tələblərə uyğun olan şəxslərin işə qəbulu elan olunur

 - iqtisadiyyat ixtisas qrupu üzrə orta ixtisas təhsilli və maliyyə, mühasibatlıq sahəsində 2 ildən az olmayaraq əmək stajına, eləcə də “İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə – II səviyyə peşəkar mühasib sertifikatı”na malik şəxslər; 

- iqtisadiyyat ixtisas qrupu üzrə ali təhsilli və maliyyə, mühasibatlıq sahəsində 1 ildən az olmayaraq əmək stajına, eləcə də “İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə – II səviyyə peşəkar mühasib sertifikatı”na malik şəxslər.   

 Müraciət etmək istəyən şəxslər bu linkə daxil olaraq qeydiyyatdan keçə bilərlər.

banner

Oxşar Xəbərlər