• cümə, 19 Aprel, 10:59
  • Baku Bakı 13°C

OPEC+ Rusiyaya qarşı sanksiyalardan əvvəl neft hasilatını kəskin şəkildə azalda bilər

04.12.22 11:00 960
OPEC+ Rusiyaya qarşı sanksiyalardan əvvəl neft hasilatını kəskin şəkildə azalda bilər

 OPEC+ ölkələri bu gün Rusiyadan xam neftin ixracına qoyulan qadağanın gözlənilən nəticələri və Rusiya neftinin qiymətlərinə mümkün limit qoyulması ilə əlaqədar neft hasilatının kəskin azaldılması ilə bağlı razılığa gələ bilərlər.

Bu barədə “Report” “CNBC”yə istinadən xəbər verir. Səudiyyə Ərəbistanı və Rusiyanın başçılıq etdiyi 23 neft hasil edən ölkədən ibarət OPEC+ hasilat siyasətinin növbəti mərhələsi ilə bağlı qərar vermək üçün bazar günü bir araya gələcək. “Rystad” enerji konsaltinq şirkətinin təhlillər üzrə baş vitse-prezidenti Klaudio Qalimberti bildirib ki, OPEC+ son bir neçə gündə, xüsusən də Çində zəif tələb səbəbindən neft hasilatının azaldılmasını nəzərdən keçirir. “Bununla belə, Çinin ölkə daxilində trafiki kəskin şəkildə azalmayıb. OPEC ölkələrinin nəzərə almalı olacağı digər amil qiymət tavanıdır”.

banner

Oxşar Xəbərlər