• cümə, 26 Aprel, 10:06
  • Baku Bakı 12°C

Müəssisə ləğv edilibsə, işçilərə ödəniləcək müavinətdən gəlir vergisi tutulurmu?

06.07.22 11:00 822
Müəssisə ləğv edilibsə, işçilərə ödəniləcək müavinətdən gəlir vergisi tutulurmu?

Müəssisə ləğv edildiyi üçün işçilərin əmək müqaviləsinə xitam verilibsə, işçilərə ödəniləcək müavinətdən gəlir vergisi hesablanmalıdırmı?

Kaspi.az Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, Vergi Məcəlləsinin 2022-ci il 1 yanvar tarixindən qüvvəyə minmiş müddəalarına əsasən, hüquqi şəxsin, onun filial və ya nümayəndəliyinin, habelə fərdi sahibkarın fəaliyyətinin ləğvi, işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə, işçilərə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq ödənilən təminatlar, habelə Azərbaycan Respublikasının qanunları və müvafiq icra hakimiyyəti orqanlarının qərarları əsasında dövlət büdcəsinin vəsaiti hesabına fərdi birdəfəlik ödəmələr və ya maddi yardımlar gəlir vergisindən azaddır.

banner

Oxşar Xəbərlər