çərşənbə, 17 Avqust, 17:20

Baku Bakı 35°C

Müəllim və istehsalat təlimi ustaları üçün VAKANSİYA

icon 1213 icon 25 iyul 2022 | 19:00 Müəllim və istehsalat təlimi ustaları üçün VAKANSİYA

Təhsil Nazirliyi sisteminə daxil olan peşə təhsili müəssisələrində ixtisas fənn müəllimi və istehsalat təlimi ustası kimi çalışmaq istəyən şəxslərin işə qəbulu prosesi davam edir. Namizədlər iyulun 27-dək https://portal.edu.az  elektron müraciət portalı vasitəsilə qeydiyyatdan keçməlidirlər.

Bu barədə Kaspi.az-a Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən məlumat verilib. Bildirilib ki, ixtisas fənn müəllimləri və istehsalat təlimi ustalarının işə qəbulu müsabiqəsi elektron ərizələrin qəbulu və vakant yerlərin seçilməsi, həmçinin təqdim edilən məlumatların müsabiqənin şərtlərinə uyğunluğunun müsabiqə komissiyası tərəfindәn yoxlanılması, test imtahanı və müsahibə mərhələlərindən ibarətdir.

Avqustun 3-də İnsan Resursları Mərkəzinin təşkilati dəstəyi ilə ərizələri təsdiq edilən namizədlərin ixtisas, tədris metodikası və məntiqə aid suallardan ibarət test imtahanları həyata keçiriləcək.

Namizədlərin vakant yerlərə yerləşdirilməsi elektron ərizələrində qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə aparılacaq.