Əmtəə bazarlarında qızıl və gümüşün qiyməti bahalaşıb
Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti (iyun müqavilələri üzrə) 1.60% artaraq, 1,998 ABŞ dollarına bərabər olub.
Kaspi.az birja məlumatlarına istinadən xəbər verir ki, COMEX-də gümüşün bir unsiyasının qiyməti (may müqavilələri üzrə) isə 1.47% artaraq, 23.12 dollar təşkil edib.