• cümə axşamı, 28 mart, 13:24
  • Baku Bakı 16°C

Milli Yaylaq Festivalı keçiriləcək

02.07.22 14:30 710
Milli Yaylaq Festivalı keçiriləcək

İyulun 29-31-də Göygöl rayonunun ərazisində yerləşən Hacıkənd Xan Yaylağında 2-ci Milli Yaylaq Festivalı keçiriləcək.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) Kaspi.az-a bildirilib ki, “Cavad xan” Tarix və Mədəniyyət Fondunun təşkilatçılığı, agentliyin və digər tərəfdaş qurumların dəstəyi ilə təşkil olunacaq festivalda mikro və kiçik sahibkarlıq subyektləri, eləcə də yaradıcı şəxslər öz məhsullarını təqdim edə biləcəklər. Bu məqsədlə festival ərazisində KOBİA tərəfindən “Sənətkarlıq məhəlləsi” yaradılacaq. Burada müxtəlif əl işləri, rəsm əsərləri, hədiyyələr, suvenirlər, zərgərlik məmulatları, tekstil məhsulları, oyuncaqlar və sair nümayiş olunacaq. Festivalda məhsullarını sərgiləmək və satmaq istəyən mikro və kiçik sahibkarlıq subyektləri, yaradıcı şəxslər və sənətkarlar elektron formanı doldurmaqla Agentliyə müraciət edə bilərlər: https://smb.gov.az/az/contact-form/exhibition-form/1

Son müraciət tarixi iyulun 14-dür.

banner

Oxşar Xəbərlər