şənbə, 25 Mart, 00:15

Baku Bakı 10°C

Mərkəzi Bankda sığorta şirkətlərinin rəhbərləri ilə görüş olub

icon 707 icon 25 fevral 2023 | 18:15 Mərkəzi Bankda sığorta şirkətlərinin rəhbərləri ilə görüş olub

Mərkəzi Bankda sığorta şirkətlərinin rəhbərlərilə növbəti görüş olub.

Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov tvitter səhifəsində yazıb.

Onun sözlərinə görə, görüşdə son makroiqtisadi meyillər və proqnozlara dair təqdimat keçirilib.

Təqdimat zamanı qlobal makroiqtisadi proseslər, inflyasiya, faiz dəhlizinin parametrlərinin pul bazarına təsiri, valyuta bazarı, eyni zamanda son qlobal iqtisadi meyillərin maliyyə sektoruna təsirləri və digər aktual məsələlər müzakirə edilib.

Görüşdə sektorun inkişaf məsələləri, qarşıda duran başlıca strateji vəzifələr, həmçinin sığorta sahəsində istehlakçıların hüquqlarının qorunması vəziyyəti, onun gücləndirilməsi istiqamətləri barədə müzakirələr aparılıb.