KOBİA yanında İctimai Şuranın üzvləri ilə görüş olub
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yanında İctimai Şuranın üzvləri ilə növbəti görüş keçirilib.
KOBİA-dan bildirilib ki, qurumun İdarə Heyətinin sədri Orxan Məmmədov agentliyin sahibkarlara göstərilən xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması, bu sahədə operativliyin artırılması və sahibkar məmnunluğunun təmin olunması baxımından ictimai məsləhətləşmələrə önəm verildiyini, bu sahədə İctimai Şura ilə sıx əməkdaşlıqda maraqlı olduğunu vurğulayıb. Görüşdə agentliyin fəaliyyətində ictimai iştirakçılığa, Şuranın 2023-cü ildəki Fəaliyyət Planına dair müzakirələr aparılıb, KOBİA-nın biznesə xidmətlərinə dair təqdimat keçirilib.
Tədbir çərçivəsində, həmçinin KOBİA yanında İctimai Şuranın üzvlərinə xidməti vəsiqələr təqdim edilib.