• cümə axşamı, 28 mart, 22:56
  • Baku Bakı 13°C

Keçən il Türkiyəyə ən çox sərmayə yatıran Rusiya vətəndaşları olub

22.01.23 10:00 1211
Keçən il Türkiyəyə ən çox sərmayə yatıran Rusiya vətəndaşları olub

Türkiyədə xarici kapitallı şirkətlərin sayı 2022-ci ildə ən yüksək səviyyəyə çatıb.

"Report"un Ankara bürosunun "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, onların əksəriyyətini Rusiya vətəndaşları açıb. Türkiyədə xarici sərmayəli şirkətlərin sayı keçən il 20 135-ə yüksələrək 2010-cu ildən bəri ən yüksək göstəriciyə çatıb.

Eyni zamanda, Rusiya vətəndaşlarının iştirakı ilə ən çox xarici kapitallı şirkətlər açılıb. Agentlik bildirib ki, əcnəbilər adətən topdansatış ticarət, daşınmaz əmlak, kommersiya və digər xidmətlərə sərmayə qoyublar.

banner

Oxşar Xəbərlər