bazar ertəsi, 08 avqust, 19:55

Baku Bakı 23°C

İranın energetika naziri Azərbaycana səfər edəcək

icon 196 icon 05 iyul 2022 | 10:30 İranın energetika naziri Azərbaycana səfər edəcək

İyulun 5-də İranın energetika naziri Əli Əkbər Mehrabian Azərbaycana səfər edəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian məlumat verib. O qeyd edib ki, rəsmi şəxslərin qarşılıqlı səfərləri intensiv xarakter daşıyır. Bu da qarşılıqlı əməkdaşlıq əlaqələrinin inkişafından xəbər verir. Nazirin sözlərinə görə, Azərbaycanın energetika naziri Pərviz Şahbazovun dəvəti ilə səfərə yollanacaq Ə.Ə.Mehrabian energetika sahəsində əməkdaşlıq perspektivlərini müzakirə edəcək. İranın energetika naziri azərbaycanlı həmkarı ilə yanaşı, bəzi rəsmi şəxslərlə də görüşlər keçirəcək.