Ermənistanla sərhəd zastavasının atəşə tutması ilə bağlı yayılan məlumat dezinformasiyadır - MN
![Ermənistanla sərhəd zastavasının atəşə tutması ilə bağlı yayılan məlumat dezinformasiyadır - MN](https://kaspi.az/storage/posts/large/62373bf14ad05.jpg)
Ermənistan mətbuatının Azərbaycan Ordusunun guya Ermənistan ərazisində İranla həmsərhəd bölgələrdə yerləşən Rusiya sərhəd zastavasını minaatanlardan atəşə tutması ilə bağlı yaydığı məlumat tamamilə dezinformasiyadır və təxribat xarakteri daşıyır.
Müdafiə Nazirliyindən Trend-ə bildirilib ki, əksinə, həmin istiqamətdə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan ərazisi atəşə tutulub:"Bir daha bildiririk ki, bizim Ermənistan ərazisində heç bir hərbi məqsədlərimiz yoxdur".
![banner](/images/kaspibanner.jpg)