• cümə axşamı, 05 dekabr, 07:23
  • Baku Bakı 6°C

Ermənilər bizi bilərəkdən top atəşinə tutdular - Tərtərdə qəbiristanlıqda dəfn mərasimində yaralanan sakin (FOTO)

16.10.20 15:53 8870
Ermənilər bizi bilərəkdən top atəşinə tutdular - Tərtərdə qəbiristanlıqda dəfn mərasimində yaralanan sakin (FOTO)

Erməni silahlı qüvvələri Tərtərdə qəbirstanlığa iki top mərmisi atdılar, birinci mərmi Tərtər çayına düşdü.
Bunu Trend-ə açıqlamasında oktyabrın 15-də Tərtər şəhər qəbirstanlığında dəfn zamanı erməni təxribatı nəticəsində xəsarət alan Əmirov Nofəl Yelmar oğlu deyib.
O bildirib ki, hadisə anidən baş verib: "Dəfn mərasimində 7 nəfər biz idik, 1 nəfər də din xadimi. Ermənilər bizi bilərəkdən top atəşinə tutdular. birinci həmlələri baş tutmadı, top mərmisi Tərtər çayına düşdü. Dəfn mərasimi başa çatmağa az qalmış ikinci mərmini atdılar. İkinci mərmi düz yanımızda partladı. Hadisə nəticəsində 4 nəfər - böyük qardaşım, qardaşımın yeznəsi, qohumum və dostum hadisə yerində həlak oldu, molla və digər 3 nəfər isə xəsarət aldıq".
N.Əmirov bildirib ki, erməni silahlı birləşmələri Tərtər rayonunu mütəmadi atəşə tutur: "Ermənilər gördülər ki, biz dəfn mərasimindəyik, bilərəkdən atəşə tutdular. Hazırda xəstəxanada müalicə olunuram, vəziyyətim nisbətən normaldır. Ermənilər həmişə atəşə tuturlar bizim kəndləri. Bilirik ki, bu onların çarəsizlikdən etdikləri təxribatdır. Azərbaycan Silahlı Qüvvələri qarşısında tab gətirə bilmədikləri üçün dinc sakinləri hədəfə alırlar. Amma onların bu təxribatları da baş tutmayacaq.
Azərbaycan Ordusu torpaqlarımızı tezliklə işğaldan azad edəcək və onları işğal altındakı ərazilərimizdən iti qovan kimi qovacağıq. Biz Azərbaycan Ordusuna inanırıq və güvənirik".

banner

Oxşar Xəbərlər