“Agricola.az” “Bizimlə: az xərc, bol məhsul, sağlam torpaq” adlı tanışlıq və dostluq tədbiri keçirib

“Agricola.az” MMC “Bizimlə: az xərc, bol məhsul, sağlam torpaq” adı altında tanışlıq və dostluq tədbiri keçirib.
Qusar rayonu "Park Qusar" hotelində baş tutan tədbirdə şirkət rəhbərliyi, əməkdaşları, fermerlər, əkinçilər, kənd təsərrüfatı sahəsində olan işçilər, digər özəl müəssisələrin rəhbərləri və media nümayəndələri iştirak ediblər.
Tədbir zamanı “Agricola.az”ın fəaliyyəti ilə bağlı geniş məlumat verilib. Bildirilib ki, şirkətin əsas fəaliyyət istiqamətini fermerlərin tələbatının ödənilməsi üçün ən müasir gübrə növləri olan torpaq, maye gübrələrinin və bitki mühafizə vasitələrinin idxalı təşkil edir.
Xaliq Məmmədovun rəhbərlik etdiyi şirkət dünyanın öncül gübrə istehsalçıları olan Yara Suomi (Norveç), Biosen (Türkiyə), Biorizon (İspaniya), Eurochem (Rusiya), King Quenson Life Science LTD və digərlərinin Azərbaycanda distribütoru və nümayəndəsi kimi çıxış edir.
Hazırda fermerlərə 12-dən artıq ölkədən gətirilən 213 çeşiddən artıq məhsul təklif olunur. Əlavə olaraq, “Agricola.az” şirkəti yalnız ənənəvi gübrə və dərmanları deyil, həmçinin Yara Suomi Oy şirkətinə məxsus Vita seriyasının qabaqcıl gübrələrindən olan “Yara Vita Agriphos”, eyni zamanda Yaranın Amplix seriyasından olan “Yara Amplix Actisil”, “Yara Amplix Optimaris”, “Yara Amplix Optinue”, “Yara Amplix Seedlift”, ekoloji təmiz Rega seriyasından olan “Yara Rega 15-15-15”, “Yara Rega 18-5-18”, “Yara Rega 9-0-36”, “Yara Rega 13-4-25” gətirməklə müasir texnologiyalara cavab verən gübrələr və dərmanları da ölkəyə idxal edir.
Bundan əlavə, “Agricola.az” nümayəndələri İspaniyanin Biorizon şirkətində olan bakteriya vannaları ilə şəxsən tanış olublar. Bakteriya vannaları elmin ən son nailiyyətlərindən biridir. “King Quenson” dünyanın ən qabaqcıl şirkətləri üçün xammal tədarük edən şirkətdir. “Agricola” həmçinin “King Quenson”un torpaqlarımızın məhsuldarlığını, onların yararlılığını artırmaq üçün “TerraBoost” adlı məhsulunu idxal edir.
Şirkət qısa zaman ərzində yüksək potensiallı kadrları öz ətrafında toplayaraq, yeni texnologiyaların tətbiqi ilə fəaliyyətini müasir dövrün tələblərinə uyğun təşkil edib. Aqrar sahə üzrə çalışan şirkət Azərbaycan fermerlərinə məhsul və xidmətləri daha rahat, həmçinin, əlçatan təklif etmək üçün özünün geniş satış şəbəkəsini qurub.
“Agricola.az” ölkəmizdə kənd təsərrüfatı sahəsində qabaqcıl texnologiyaların tətbiqi, ekoloji təmiz məhsulların yetişdirilməsi üçün maye və orqanik gübrələrdən istifadə təcrübəsinin öyrənilməsi istiqamətində yerli və xarici aqronomlardan istifadə edərək fermerlərimiz üçün praktiki dəstək göstərir.
Şirkətdə bir sıra xidmətlər mövcuddur:
-Kənd təsərrüfatı müəssisələrinin və fermerlərin istənilən tələbatının ödənilməsi üçün hər növ gübrə, toxum, mikroelement, bitki mühafizəsi vasitələri, biostimuliyatorlar, pestisid, mal-qara, heyvan yemi və digər kənd təsərrüfatı təyinatlı malların idxalı və satışı.
- İri həcmlərdə suda həll olunan, maye, bio və mineral gübrələrin satışı.
- Hər növ kənd təsərrüfatı işləri üzrə aqrokonsaltinq xidmətləri. - Kənd təsərrüfatı sahəsində hər növ layihələrin hazırlanması və idarə olunması.
-Aqronom dəstəyi
-Aqrar sahədə çalışan fermerlərə məhsul və xidmətləri daha rahat, həmçinin, əlçatan etmək üçün geniş satış şəbəkəsi.
-Özünə biznes qurmaq istəyənlərdə məhsul və reklam materialları ilə təmin edir.
“Agricola.az”ın regionda 50 dən çox satış məntəqəsi mövcuddur: Bu satış məntəqələri Bakı, Abşeron-Xızı, Quba, Qusar, Xaçmaz, Şəki-Zaqatala, Lənkaran-Astara, Gəncə-Daşkəsən, Qazax-Tovuz, Dağlıq Şirvan, Mil-Muğan, Mərkəzi Aran, Şirvan-Salyan, Cəlilabad, Biləsuvar, Masallı, Beyləqan, Ağdam, Bərdə, Yevlax, Qəbələ, İsmayıllı, Şəmkir və Ağcabədidə yerləşir. Türkiyə, İsrail, Finlandiya, Norveç, Polşa, Çin, Hindistan, Avstriya, İordaniya, İspaniya, Litva, Gürcüstan, Slovakiya və Rusiyadan 213 -ə yaxın çeşid gübrə, toxum və dərmanlar şirkət tərəfindən təqdim olunur.
Şirkətin əsas missiyası bol məhsul, sağlam torpaq, insanların həyatı, sağlamlığı və ətraf mühitin qorunması tələblərinə cavab verən ekoloji təmiz gübrələri fermerlərə təqdim etməkdir.
